Xəbərlər
Bakı Ali Neft Məktəbində Yaponiya şirkətinin təlimləri yekunlaşıbb
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Yaponiyanın INPEX şirkəti tərəfindən keçirilən təlimlər başa çatıb və iştirakçılara sertifikatlar təqdim olunub.
Təlimlər SOCAR və INPEX şirkəti arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində keçirilib və “Geostatistik Modelləşmə” və “Kompozit Lay Simulyasiyası” mövzularını əhatə edib. “Geostatistik Modelləşmə” təliminə 19 nəfər, “Kompozit Lay Simulyasiyası” təliminə 7 nəfər olmaqla, ümumilikdə təlimlərə SOCAR-ın 26 əməkdaşı qatılıb. Həmçinin hər iki təlimdə INPEX şirkətinin 7 nümayəndəsi təlimçi və təşkilatçı olaraq iştirak edib.
Sertifikatların təqdim olunma tədbirində çıxış edən Bakı Ali Neft Məktəbinin Tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova təlimlərin əhəmiyyətini vurğulayaraq bu təlimlərin iştirakçılar üçün böyük fayda verdiyinə, onların burada öyrəndikləri bilikləri uğurla tətbiq edəcəklərinə əminliyini ifadə edib.