Xəbərlər

Bakı Ali Neft Məktəbi İtaliyanın Genuya Universiteti ilə əməkdaşlıq edəcək

SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə İtaliyanın Genuya Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi BANM-in rektoru Elmar Qasımov və İtaliyanın Genuya Universitetinin Mülki, Kimya və Ətraf mühit mühəndisliyi kafedrasının professoru Agostino Bruzzone imzalayıb.

Memorandum müəllim, professor, tədqiqatçı, əməkdaş və tələbələrin mübadiləsi, bakalavriat, magistratura və doktorantura proqramlarının həyata keçirilməsi, birgə diplom və ya ikili dərəcə proqramlarının reallaşdırılması, əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühitin idarə edilməsi aspektlərini özündə əks etdirən magistratura proqramının həyata keçirilməsi və digər məsələləri nəzərdə tutur.