Xəbərlər
SOCAR-ın Bakı Ali Neft Məktəbinin Elmi Şurasının növbəti iclası keçirilib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan BANM-in rektoru, Elmi Şuranın sədri Elmar Qasımov Şura üzvlərini salamlayaraq, müzakirə olunacaq məsələləri diqqətə çatdırıb.
İclasda Mühəndislik fakültəsinin dekanı Sevda Zərgərova və Davamlı təhsil fakültəsinin dekan müavini Bağçagül İmanova-Əliyeva 2022/2023-cü tədris ilinin qış imtahan sessiyasının nəticələrinin təhlili, Beynəlxalq əlaqələr şöbəsinin rəisi Könül Məhərrəmova BANM-ə əcnəbi tələbələrin qəbulu ilə bağlı prosedur qaydaları haqqında məruzələrlə çıxış ediblər. Elmi Şurada həmçinin Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş tələbə və gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransına hazırlıq, cari məsələlər haqqında məruzələr dinlənilib və fikir mübadiləsi aparılıb.
İclasda həmçinin kadr təyinatı, eləcə də digər məsələlərlə bağlı müxtəlif təqdimatlar və müzakirələr olub.
Yekunda müzakirə edilən məsələlərlə bağlı ümumi səsvermə ilə yekdil qərar qəbul olunub. Sonda BANM-in rektoru, Elmi Şuranın sədri Elmar Qasımov Şura üzvlərinə tapşırıq və tövsiyələrini verib.