Xəbərlər

SOCAR-ın Bakı Ali Neft Məktəbinin tələbələrinin məqaləsi məşhur elmi jurnalda

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının 5-ci kurs tələbələri Şükran Əlizadə və Fəxrəddin Eminlinin həmmüəllif olduqları elmi məqalə ABŞ-nin məşhur “Wiley” nəşriyyatının “Su və ətraf mühit” jurnalında (Water and Environment Journal) çap edilib.

Bu uğurda tələbələrə Kimya mühəndisliyi kafedrasının müdiri Əmir Rza Vəxşuri dəstək olub.  

“Fenolik maddələrin təmizlənməsində tətbiq olunan elektro-Fenton prosesi üçün istifadə edilən yeni elektrodlar və texnikaların icmalı” adlı məqalə  fenolik maddələrin sudan elektrokimyəvi üsulla təmizlənməsi mövzusunda son illərdə çap olunmuş elmi məqalələrin analizi, onlardan çıxan nəticələri və bu sahədəki boşluqları özündə əks etdirir. Jurnalın təndiqçiləri tərəfindən xoş qarşılanan məqalə artıq online versiyada da çap olunub.

Məqalə linki: https://onlinelibrary.wiley.com/doi/abs/10.1111/wej.12854