Xəbərlər
“McKinsey” şirkətinin rəhbəri SOCAR-ın Bakı Ali Neft Məktəbində master-klas keçib
“McKinsey & Company” şirkətinin tərəfdaşı və “McKinsey” Bakı ofisinin rəhbəri Murat Gürsoy SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Yumşaq bacarıqların əhəmiyyəti” mövzusunda master-klas keçib.
Master-klasda Ali Məktəbin professor-müəllim, inzibati heyəti və tələbələr iştirak ediblər.
Rektor Elmar Qasımov dəvəti qəbul etdiyi üçün Murat Gürsoya təşəkkür edərək bu master-klasın faydalı olacağına və iştirakçıların zəngin məlumatlardan yararlanacağına əminliyini bildirib.
Master-klasda Murat Gürsoy rəhbərlik etdiyi şirkət haqqında məlumat verib, şəxsi təcrübələrini bölüşüb, əmək bazarında tələb olunan bacarıqlar, gələcəyin trendlərindən bəhs edib. O, həmçinin yumşaq bacarıqların əhəmiyyətini vurğulayıb, gələcəkdə əmək bazarında yer tutmaq üçün tələbələrə inkişaf etdirməli olduqları bacarıqlar barədə tövsiyələrini verib. İnteraktiv formada keçirilən master-klas böyük maraqla qarşılanıb, iştirakçıların sualları cavablandırılıb.
Sonda Murat Gürsoya Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub.