Xəbərlər
SOCAR-ın Bakı Ali Neft Məktəbinin tələbəsi Kanadada təqaüdlə birbaşa doktoranturaya qəbul olunub
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsi Əli Əliyev Kanadanın nüfuzlu Toronto Universitetinin birbaşa doktorantura səviyyəsinə qəbul olunub.
O, illik 32 256 Kanada dolları təqaüd qazanaraq Kimya mühəndisliyi və tətbiqi kimya ixtisasında təhsilini davam etdirmək imkanı əldə edib. Əli Əliyev BANM-ə 2019-ci ildə müsabiqədənkənar qəbul olunub. O, Beynəlxalq Kimya Olimpiadasının qalibi olub.
Tələbəmizi təbrik edir və onunla qürur duyuruq