Xəbərlər

Prezident İlham Əliyev 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup fəal gənci təltif edib.

Həmin gənclər arasında SOCAR - ın Bakı Ali Neft Məktəbinin Biznesin idarə edilməsi ixtisası üzrə 2 - ci kurs magistr tələbəsi Kamran Əliyev də var.

Xatırladaq ki, Kamran Əliyev eyni zamanda Aqrar İnkişaf Könüllüləri Təşkilatının sədri, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədr müavini, Ağır Atletika Federasiyasının icraçı direktorudur. O, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının ilk günündən etibarən aktiv iştirakçısı olub.

Tələbəmizi təbrik edir, uğurlar arzulayırıq ❗️

#SOCAR #BANM #BHOS #MBA #PREZİDENT