Xəbərlər

SOCAR-ın Bakı Ali Neft Məktəbində “Jean Monnet” layihəsi barədə görüş keçirilib

SOCAR-ın Bakı Ali Neft Məktəbində Erasmus+ proqramının “Jean Monnet” layihəsinin hazırlanması, yazılması haqqında məlumatlandırıcı görüş keçirilib.

Onlayn formatda keçirilən görüşdə Ali Məktəbin rəhbərliyi, kafedra müdirləri, professor-müəllim heyəti iştirak edib. Görüşdə Erasmus+ Milli Ofisinin rəhbəri Pərviz Bağırov və BDU-nun əməkdaşı Günel Əliyeva layihə haqqında məlumat verib, layihənin hazırlanması barədə təqdimat ediblər.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ali Məktəbdə Erasmus+ proqramına xüsusi əhəmiyyət verildiyini, bu görüşün də layihə barədə zəngin məlumat verilməsi baxımından vacib olduğunu bildirib.

O, müəllimlərə layihələrin yazılmasında fəal iştirakı tövsiyə edib.

#SOCAR #BANM #BHOS #ErasmusPlus #JeanMonnet