Xəbərlər

SOCAR-ın Bakı Ali Neft Məktəbində hesabat təqdimatları keçirilir

SOCAR-ın Bakı Ali Neft Məktəbinin struktur bölmələri, şöbə və kafedralarının hesabat təqdimatları keçirilir.

Təqdimatlarda il ərzində görülən işlər barədə məlumat verilir, illik hesabatlar təqdim edilir.

İlkin olaraq Mühəndislik fakültəsinin dekanlığı, Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrası, Yaşayış-idman kompleksi, Rəhbərlik yanında Aparatda Böyük hüquq məsləhətçisi, Rəhbərlik yanında Aparatda Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə böyük mühəndisin hesabatları dinlənilib.

Hədəflər, fəaliyyət istiqamətləri barədə də məlumatların yer aldığı təqdimatlar gələcəkdə struktur bölmələri, şöbə və kafedraların daha məhsuldar və keyfiyyətli fəaliyyətinə xidmət məqsədilə təşkil olunub.

Çıxış edənlər tərtib edilmiş dəyərləndirmə sisteminə uyğun olaraq rəhbərlik və dinləyənlər tərəfindən qiymətləndirilir. Qiymətləndirmə anonim keçirilir.

#BANM #BHOS #SOCAR #hesabat #təqdimat