Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələri SOCAR Polymer zavodunda

SOCAR – ın Bakı Ali Neft Məktəbinin (BANM) Neftçi Mühəndislər Cəmiyyəti (SPE BANM) SOCAR Polymer zavoduna sahə gəzintisi təşkil edib. Gəzintidə müxtəlif universitetlərdən kimya mühəndisliyi ixtisasında təhsil alan 19 tələbə iştirak edib.

Tələbələr zavod daxilində təhlükəsizlik qaydaları və peşəkar mühəndislərin rəhbərliyi ilə burada aparılan proseslərlə tanış olublar.