Xəbərlər
Bakı Ali Neft Məktəbində keçirilən sorğunun nəticələri təqdim olunub
Bakı Ali Neft Məktəbində SOCAR-ın apardığı “İşçilərin məmnunluq dərəcəsinin qiymətləndirilməsi” mövzusunda 2022-ci ilin anket sorğusunun nəticələrinin təhlili ilə bağlı təqdimat keçirilib.
Tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov sorğunun nəticələri ilə bağlı məlumat verərək bildirib ki, 38 sualdan ibarət sorğuda işçilər aktiv şəkildə iştirak ediblər. O, ötən il aparılan sorğunun nəticələri ilə builki nəticələri müqayisə edib və vurğulayıb ki, əksər suallar üzrə artım qeydə alınıb. Ümumilikdə sorğunun nəticələrini yüksək qiymətləndirən rektor işçiləri gələcəkdə də bu cür sorğularda fəal olmağa səsləyib.