Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbələri intellektual turnirin qalibi oldular
Bakı Ali Neft Məktəbi (BANM) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İntellektual Oyunlar Klublarının, həmçinin UFAZ-ın təşkilatçılığı ilə "Dostluq kuboku" adlı turnir keçirilib. Turnirdə BANM-in “UpTech” komandası 1-ci, “Max SSOİK” komandası isə 3-cü yeri qazanıb.
“Breyn Rinq” tipli oyunların keçirildiyi turnirdə ümumilikdə 16 komanda iştirak edib.
“UpTech” komandasında BANM-in Magistratura ixtisaslarının tələbələri Mail Babaşov, Qabil Əliyev, Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi Əli Məmmədli, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Yusif Hüseynzadə, İnformasiya təhlükəsizliyi ixtisasının IV kurs tələbəsi Məzahir Məmmədov və Kimya mühəndisliyi ixtisasının I kurs tələbəsi Xəyal Səmədli təmsil olunub.
“Max SSOİK” komandası isə Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Əli Farizli, Mirnicat Cabbarlı, Rüfət Əkbərov və İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbələri Manisa Rəhimli, Xalid İsmayılov və IV kurs tələbəsi Rüstəm Həbibullayevdən ibarət olub.
Tələbələrimizi təbrik edir və onlarla qürur duyuruq.