Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbələri bp-nin təlim düşərgəsində
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri “bp mühəndislik təlim düşərgəsi”ndə (bp engineering bootcamp) iştirak ediblər. 3 gün davam edən düşərgədə bp-də çalışan mühəndislər tələbələrə texniki və qeyri-texniki sahələrdə seminarlar keçiblər. Həmçinin tələbələrin qrup işi bacarıqlarının inkişafı və iş mühitinə uyğunlaşması üçün qrup layihələri və təqdimat tapşırıqları da olub.
Təlimə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində mühəndislik ixtisası üzrə təhsil alan seçilmiş 40 tələbə qatılıb. Onlardan 11-i BANM-in tələbəsidir.
“bp mühəndislik təlim düşərgəsi”ndə iştirak edən BANM tələbələri:
Ariza Puçaxova – Neft-qaz mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi
Orxan Nəsibov – Neft-qaz mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi
Vidadi Ağarzayev – Neft-qaz mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi
Nicat Səfərəliyev – Neft-qaz mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi
Gülüstan Kərimova – Neft-qaz mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi
Rəşad Azadlı – Neft-qaz mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi
Sevda Eyyubova – Neft-qaz mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi
Lalə İsmayılzadə – Neft-qaz mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsi
Şəmsi Mürsəlli – Neft-qaz mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsi
Həcər Əsədova – Neft-qaz mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsi
Nadir Zeynallı – Neft-qaz mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsi