Xəbərlər

Bakı Ali Neft Məktəbinin İnnovasiya və tədqiqatlar mərkəzi qrant proqramının qalibi olub

Bakı Ali Neft Məktəbinin (BANM) İnnovasiya və tədqiqatlar mərkəzi (İTM) ABŞ-nin “CRDF Global” təşkilatının qrant proqramının qalibi olub. “CRDF Global” təşkilatının qrant proqramı ali təhsil müəssisələrinin və elmi tədqiqat mərkəzlərinin kibertəhlükəsizlik sahəsində imkanlarının artırılması məqsədi ilə həyata keçirilib.

BANM-in İnnovasiya və tədqiqatlar mərkəzinin təqdim etdiyi layihə 26 min ABŞ dolları qrant qazanıb. Layihənin məqsədi ali təhsil müəssisələrində data sızıntısının qarşısının alınması üçün blokçeyn texnologiyalarından istifadə etməklə xüsusi təhlükəsizlik sistemin yaradılmasıdır.

BANM-in İnnovasiya və tədqiqatlar mərkəzinin təqdim etdiyi layihənin iştirakçıları:

1. Farad Kamyabi - İnnovasiya və tədqiqatlar mərkəzinin müdiri

2. Elmar Əsgərzadə - İnnovasiya və tədqiqatlar mərkəzinin layihə meneceri

3. Roman Tolstoşeyev – İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbəsi

4. Azər Sadıqzadə - İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbəsi

5. Hüseyn Qəmbərov - İnformasiya təhlükəsizliyi ixtisasının 5-ci kurs tələbəsi

6. Murad Quliyev - İKT üzrə böyük mühəndis

7. Anar Abdullayev - Sistem administrator

#BANM #BHOS #qrant #İnnovasiya #crdfglobal