Xəbərlər
Bakı Ali Neft Məktəbinin kollektivi icbari tibbi sığorta ilə bağlı məlumatlandırıldı
Bakı Ali Neft Məktəbində (BANM) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkil etdiyi "İcbari tibbi sığorta ilə bağlı əhalinin maarifləndirilməsi" mövzusunda təqdimat olub.
Tədbir Elm və Təhsil Nazirliyinin əmri ilə həyata keçirilir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Emil Lətifov çıxış edərək İcbari tibbi sığorta haqqında məlumat verib. O, xidmətin məqsədi, istifadə qaydaları, xidmətlər zərfi və bu sahəni əhatə edən mövzular barədə ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.