Xəbərlər

Bakı Ali Neft Məktəbində psixologiyaya dair növbəti sessiya təşkil olunub

Bakı Ali Neft Məktəbinin (BANM) Psixologiya klubunun təşkilatçılığı ilə Ali Məktəbin psixoloqu Firuzə Mustafayevanın tələbələr üçün "Stres və onun idarə olunması" mövzusunda görüşü keçirilib.

Görüşdə psixoloq stres və onun növləri, təsirləri, stresli vəziyyətlərdə davranış qaydaları və onun idarəolunması metodları, stresli vəziyyətin təsirlərinin azaldılması üsullarından bəhs edib, tələbələrin suallarını cavablandırıb.

#SOCAR #banm #bhos #psixologiya