Xəbərlər

Bakı Ali Neft Məktəbində seminar!

Bakı Ali Neft Məktəbində (BANM) ABŞ-nin Oklahoma universitetinin professoru Xingru Vunun növbəti seminarı keçirilib.

“Dərin sularda temperatur və təzyiq məlumatlarının müşahidə üçün istifadəsi” mövzusunda təşkil edilən seminarda ABŞ-nin Alyaskadakı "Badami" neft yatağında ilkin neft ehtiyatlarının hesablanması zamanı yaranan çətinliklərin ətrafında müzakirələr aparılıb.

Təlimdə həmçinin neft-qaz sektorunda istifadə olunan avadanlıqların məlumat ötürməsi effektivliyinin son illərdə dəyişən trendləri müzakirə olunub. Neft-qaz sektorunun bir neçə sahəsini özündə birləşdirən təlim  tələbələr tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Xingru Vu peşəkar mühəndis və bu sahədə tədqiqatları olan mütəxəssisdir. O uzun illər bp və CNOOC şirkətlərində çalışıb, elmi məqalələri dünya səviyyəli jurnallarda dərc edilib.