Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələri üçün Azərbaycanda ilk dəfə baş tutacaq təkrar emal üzrə hakaton haqqında infosessiya keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) “ASAN Könüllüləri” Təşkilatının və “Coca-Cola” şirkətinin birgə əməkdaşlığı ilə “Tullantısız Dünya” layihəsi çərçivəsində həyata keçiriləcək “Recyclaton” təkrar emal hakatonunda iştirak etmək istəyən tələbələr üçün infosessiya keçirilib.

İnfosessiyada ASAN xidmətin Rəqəmsal texnologiyalar və innovasiyalar şöbəsinin müdir müavini Sahil Məmmədli, şöbənin əməkdaşları Günel Qurbanova, Zəhra Həşimova tələbələrə hakatonun şərtləri və digər məsələlər haqqında ətraflı məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, "Recyclaton" təkrar emal sənayesi üçün ekoloji problemlərə dayanıqlı və innovativ həllərin hazırlanması məqsədilə baş tutacaq hakatondur.

Gənclərdə yaradıcı düşünmə bacarığını inkişaf etdirmək, ekoloji problemlərə dayanıqlı həllər təklif etmək və ölkəmizdə rəqəmsal innovasiyalar prosesinə töhfə vermək məqsədilə təşkil olunacaq hakaton  2-3 dekabr 2022 tarixlərində baş tutacaq.