Xəbərlər
Bakı Ali Neft Məktəbinin rektoru Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin Baş direktoru ilə görüşüb
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR) baş direktoru Alina Jumaqulova, Beynəlxalq əlaqələr üzrə direktor müavini Timur Kanapyanov və layihə meneceri Quliyaş Niyazova ilə görüşüb. Onlar Bakıda keçirilən “Beynəlxalq akkreditasiya – təhsilin keyfiyyətinin artırılması aləti” mövzusunda beynəlxalq seminarda iştirak etmək üçün ölkəmizdə qonaq olublar.
Qazaxıstanlı qonaqları Bakı Ali Neft Məktəbində salamlayan Elmar Qasımov onları rəhbərlik etdiyi Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edib. BANM haqqında məlumat verən rektor, burada yüksək səviyyəli təlim-tədris bazasının yaradıldığını, ən yüksək bal toplayan tələbələrin təhsil aldığını və peşəkar kadr kimi məzun olduqlarını bildirib. Görüşdə həmçinin BANM və Agentlik arasında əməkdaşlıq müzakirə edilib. IAAR-in baş direktoru Alina Jumaqulova Agentliyin fəaliyyəti, standartları, prosedur qaydaları barədə məlumat verib. Bildirilib ki, IAAR təhsildə əldə edilən nailiyyətlər, habelə təhsildə keyfiyyət mədəniyyətinin təşviqində beynəlxalq ictimaiyyətin əməkdaşlığa cəlb olunması və dünya təcrübəsinin mübadiləsinə maraqlı olan qurumdur.