Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələri Tələbə evinə yerləşdirilib

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ali Məktəbin Tələbə evinə yerləşdirilən tələbələri ilə görüşüb.

Rektor onların təhsil aldıqları müddətdə ödənişsiz olaraq Tələbə evində yaşamaq imkanı əldə etdiklərini xatırladıb.

Bu il Tələbə evinə 31 bakalavr, 3 magistr olmaqla 34 tələbə yerləşdirilib. Elmar Qasımov qeyd edib ki, bu, SOCAR-ın BANM və tələbələrə verdiyi dəyərdir.

Rektor orada bölgələrdən olan və xarici tələbələrin yerləşdirildiyini və müxtəlif bölgələrdən olan tələbələrin eyni otaqlarda qaldıqlarını bildirib. Burada məqsəd gənclərin bölgələrimiz haqqında daha geniş məlumat əldə etməsi və dostluqlar qazanmasıdır.

Yeni sakinlərə Tələbə evində davranış qaydalarına, təlimatlara ciddi riayət etmək tövsiyə olunub. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

#SOCAR #BANM #BHOS #Tələbəevi #rektor