Xəbərlər

“PAŞA Həyat” Bakı Ali Neft Məktəbində intellektual turnir keçirib

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin “İntellektual oyunlar klubu”nun və “PAŞA Həyat” şirkətinin təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" adlı intellektual turnir keçirilib.

Turnirə 210-dan çox tələbədən ibarət 38 komanda qatılıb. Bununla da turnir iştirakçı sayına görə ən yüksək nəticə göstərib. Bilik yarışında I yeri “Stonks Micheales”, II və III yerləri müvafiq olaraq “Old Folks United” və “Qızıl Oğlanlar” komandaları qazanıb.

Turnirin təşkilatçıları BANM-in “İntellektual oyunlar klubu”nun İdarə Heyətinin üzvləri Hüseyn Abızadə və Əli Məmmədlidir. Turnirin keçirilməsinə BANM-in tələbələri Əlicavad Sadıxzadə və Rövşən Aslan dəstək olublar. Sualların müəllifi “PAŞA Həyat”ın Hüquq departamentinin direktoru Səbuhi Göyüşovdur.

#BANM #BHOS #PaşaHəyat #PASHALife #intellektualoyunlar