Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələrindən ibarət təftiş qrupu yeməkxana və mətbəxdə❗️

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrindən ibarət təftiş qrupu Ali Məktəbin yeməkxana və mətbəxində ümumi vəziyyətlə tanış olublar. II və V kurs tələbələrindən ibarət qrup ərzaqların, məhsulların saxlanması, bişirilməsi, yeməklərin hazırlanması, gigiyenik vəziyyət və xidmətlə maraqlanıblar.

Tələbələrdən ibarət nəzarət qrupu yeməkxana və mətbəxdə bütün qayda və qanunlara riayət olunduğunu və onları qane etdiyini bildiriblər.

Qeyd edək ki, BANM-in tələbələrindən ibarət təftiş qrupu mütəmadi olaraq bu cür tanışlıq və yoxlama işləri aparır.

#BANM #BHOS #yemekxana #təftiş