Xəbərlər

Bakı Ali Neft Məktəbi 31 Prezident təqaüdçüsü ilə lider oldu

Bakı Ali Neft Məktəbi (BANM) 2022/2023-cü tədris ili üzrə ölkənin ali məktəblərinə daxil olmuş Prezident təqaüdçülərinin sayına görə bu il də birinci oldu.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2022/2023-cü tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən Prezident təqaüdünə layiq görülmüş tələbələrin 31 nəfəri BANM-də təhsil alır. BANM-in Prezident təqaüdçülərindən 17 nəfəri İnformasiya təhlükəsizliyi, 12 nəfəri Biznesin idarə edilməsi, 2 nəfəri isə Kompüter mühəndisliyi ixtisaslarının tələbəsidir.

Ümumilikdə, ölkə üzrə Prezident təqaüdünə layiq görülən tələbələrin sayı 102 nəfərdir. BANM bu il də siyahıya liderlik edir.

Ali məktəblər üzrə Prezident təqaüdçülərinin sayını təqdim edirik:

 

Ali Məktəblər

Tələbələrin sayı

1

Bakı Ali Neft Məktəbi

31 nəfər

2

Azərbaycan Tibb Universiteti

23 nəfər

3

ADA Universiteti

12 nəfər

4

Bakı Dövlət Universiteti

10 nəfər

5

İqtisad Universiteti (UNEC)

9 nəfər

6

Dövlət İdarəçilik Akademiyası

7 nəfər

7

Xüsusi təyinatlı ali məktəblər

4 nəfər

8

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

2 nəfər

9

Naxçıvan Dövlət Universiteti

2 nəfər

10

Fransız-Azərbaycan Universiteti

1 nəfər

11

Bakı Mühəndislik Universiteti

1 nəfər