Xəbərlər
Təltif edilən BANM əməkdaşı: "SOCAR-ın Fəxri fərmanına layiq görülmək qürurvericidir"
SOCAR-ın prezidenti Rövşən Nəcəfin əmrinə əsasən, əmək fəaliyyətində fərqləndiyinə görə Fəxri fərmanla təltif olunan Bakı Ali Neft Məktəbinin İngilis dili və humanitar fənlər mərkəzinin baş müəllimi Nurlana İmanova təəssüratlarını bölüşüb.
O bildirib ki, bu fərman SOCAR rəhbərliyi tərəfindən göstərilən böyük etimaddır: “Mənim əmək fəaliyyətimin yüksək qiymətləndirilməsinə görə SOCAR-ın prezidenti Rövşən Nəcəfə və BANM-in rektoru Elmar Qasımova sonsuz minnətdarlığımı bildirirəm. Göstərilən bu etimad BANM-in rektoru Elmar Qasımovun fədakar əməyinin, uğurlu fəaliyyətinin, BANM-in ən nüfuzlu ali məktəbə çevrilməsində böyük zəhmətinin nəticəsidir. SOCAR-ın Fəxri fərmanına layiq görülmək mənim üçün qürurvericidir”.