Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbələri bp-nin təqaüdünü qazanıblar
Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Aysu Zamanova və Ləman Əlipaşayeva bp şirkətinin “Gələcəyin istedadlı qadınları” təqaüd (Future Female Talent Scholarsip) proqramına qəbul olunublar. Onlar bu proqramın birdəfəlik təqaüdünü qazanıblar. Beynəlxalq proqram Amerika, İngiltərə, Sinqapur və Azərbaycanda həyata keçirilir.
Təqaüdün verilməsində məqsəd qadınların gələcək təhsil və əlavə fəaliyyətlərinə yatırım etməkdir.
Layihə müddətində BANM tələbələri bp-nin müəssisələrində olub, peşəkar mühəndislərlə görüşüblər.
Tələbələrimizi təbrik edir və uğurlar arzulayırıq