![](https://bhos.edu.az/banner/1633524844.jpg)
Xəbərlər
Bakı Ali Neft Məktəbinin professoru "Tərəqqi" medalı ilə təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif olunan şəxslər arasında Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakov da var. O, "Tərəqqi” medalı ilə təltif olunub.
Siyavuş müəllimi təbrik edir, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzulayırıq.