Xəbərlər
Bakı Ali Neft Məktəbi ilə Orta Doğu Texniki Universiteti arasında ilk tələbə mübadiləsi həyata keçirildi
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Tələbə Mübadilə Proqramı (Student Exchange Program) çərçivəsində xaricdə təhsilini davam etdirəcək tələbələrlə görüşüb. Onlar Kimya mühəndisliyi ixtisasınIII kurs tələbəsi Cəvahir Yusifzadə və Biznesin təşkili və idarə edilməsi (MBA) ixtisasının II kurs tələbəsi Bəhmən Həsənovdur.
Hər ikisi Tələbə Mübadilə Proqramı çərçivəsində Orta Doğu Texniki Universitetində (ODTU) bir semestr təhsillərini davam etdirəcəklər.
Tələbələri təbrik edən rektor Elmar Qasımov onlara uğurlar arzulayıb. Rektor BANM tələbələrinin Azərbaycanı və doğma Ali Məktəbi layiqincə təmsil edəcəklərinə əmin olduğunu bildirib.
Qeyd edək ki, bu, Bakı Ali Neft Məktəbi ilə Orta Doğu Texniki Universiteti arasında həyata keçirilən ilk tələbə mübadiləsidir.
