Xəbərlər

Azərbaycanlı peşəkar mühəndis Bakı Ali Neft Məktəbinin tələbələrinə məruzə təqdim edib

Anqolada fəaliyyət göstərən Azərbaycanlı peşəkar neft mühəndisi Şahin Əliyev Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasının 4-cü kursunda təhsil alan tələbələrinə “Peşəkar neftçilər üçün sənaye standartlar səriştələrinin inkişaf proqramı” mövzusunda məruzə təqdim edib.

 

Öz təqdimatında Şahin Əliyev tələbələrə neft yataqlarının qiymətləndirilməsi, ordakı ehtiyatların hasil edilməsinin müxtəlif üsulları, ehtiyatların hesablanması, xaricdə keçdiyi iş təcrübəsi, neft mühəndisinin üzərinə düşən vəzifələri, çətinlikləri haqqında məlumat verib.

Təqdimat Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun və professor-müəllim heyətinin iştirakı ilə keçirilib.

 

Sonda peşəkar mütəxəssis tələbələri maraqlandıran sualları cavablandırıb və onlara gələcəkdə beynəlxalq səviyyəli yüksəkixtisaslı mühəndis olmağı arzulayıb.

 

Qeyd edək ki, “SOCAR UPSTREAM Management International” MMC-nin təşəbbüsü ilə keçirilən təqdimat tələbələrə tədris proqramından əlavə biliklərin verilməsi məqsədi ilə keçirilib.