Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbələri Türkiyədə “Teknofest”də
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Türkiyənin Samsun şəhərində keçirilən “Teknofest” Aerokosmik və Texnologiya festivalına qatılıblar.
Festivalda mayın 26-29-u tarixlərində Bakıda keçirilmiş “Teknofest” festivalında I yerə layiq görülmüş “Atəşgah” komandasının üzvləri, Kimya mühəndisliyi ixtisasının III kurs tələbələri Fərid Əliyev, Fatimə Məmmədova, Faiq Əliyev, “İstiqlal” komandasının üzvləri, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri Fidan Mahmudova, Səmra Hüseynova, Qeybulla Əliverdiyev, Kənan Bəgəliyev, eyni zamanda II yerin qalibi olmuş “Murov” komandasının üzvü, Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Ruslan Həsənov və iki kateqoriya üzrə III yer mükafatını qazanmış “Həkəri” komandasının üzvləri, Kimya mühəndisliyi ixtisasının IV kurs tələbələri Cavid İsayev, Fərid Qəhrəmanov, Leyla Osmanova iştirak edirlər.
Sentyabrın 5-dək davam edəcək festivala qatılmazdan əvvəl BANM-in rektoru Elmar Qasımov tələbələrlə görüşərək onlara uğurlar arzulayıb.