Xəbərlər

Yüksək bal toplayan daha bir abituriyentin seçimi Bakı Ali Neft Məktəbidir

İslam Bünyadov I ixtisas qrupu üzrə keçirilən blok imtahanında maksimal - 400 bal toplayan abituriyentlərdən biridir.

Buraxılış imtahanında 284,8, bal toplayan İslamın ümumi balı 684,8-dir.

İslam Ağcabədi rayon Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbdən Fərqlənmə attestatı ilə məzun olub.

O, imtahanda əldə etdiyi göstərici ilə Ağcabədi rayonu üzrə üçüncü ən yüksək bal toplayan abituriyentdir.

İslamın arzusu Bakı Ali Neft Məktəbinin tələbəsi olmaqdır.

#BANM #BHOS #SOCAR #imtahan #yüksəkbal