Xəbərlər
Kəlbəcərin I qrup üzrə birincisi də Bakı Ali Neft Məktəbini seçir
Cavid Ağazadə I ixtisas qrupu üzrə keçirilən imtahanda maksimal - 400 bal toplayan abituriyentlərdən biridir. O, buraxılış imtahanında 267.7 olmaqla ümumilikdə 667.7 bal toplayıb. Bununla o, Kəlbəcərin I qrup üzrə ən yüksək bal toplayan abituriyentidir.
Cavid Ağazadə Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbi Fərqlənmə attestatı ilə bitirib. Onun arzusu Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi olmaqdır.
#BANM #BHOS #SOCAR #DİM #abituriyent