Xəbərlər

Daha bir yüksək bal toplayan abituriyent Bakı Ali Neft Məktəbini seçir

Bu il qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərdən biri də Toğrul Ağayevdir. O, ilk mərhələdə 279.4, ikincidə isə 400 olmaqla ümumilikdə 679.4 bal toplayıb.

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri liseyinin məzunu olan Toğrul Ağayevin arzusu Bakı Ali Neft Məktəbinin tələbəsi olmaqdır: “Kompüter mühəndisliyi üzrə təhsil ala biləcəyim ən yaxşı yerin Bakı Ali Neft Məktəbi olduğunu düşünürəm. Ona görə də bu Ali Məktəbdə təhsil almaq istəyirəm. Bu məqsədimə çatmaq üçün isə dərslərimə daim lazımi diqqət ayırmağa çalışmışam”.

#BANM #BHOS #SOCAR #DİM #abituriyent #yüksəkbal