Xəbərlər

Bir ailənin ikinci üzvü də Bakı Ali Neft Məktəbini seçir

Jalə Süleymanova Bakı şəhəri, Nəsimi rayonu Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbi Fərqlənmə attestatı ilə bitirib. O, buraxılış imtahanında 289,8, I qrup üzrə blok imtahanında isə 397 olmaqla, ümumilikdə 686,8 bal toplayıb. Jalə qardaşı Həsən Süleymanov kimi Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi olmağı arzulayır. O, BANM-in İnformasiya təhlükəsizliyi ixtisasını seçmək niyyətindədir. Jalənin qardaşı Həsən Süleymanov BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbəsidir. O, 2020-ci ildə BANM-ə 675,5 balla daxil olub.

#BANM #BHOS #SOCAR #DİM #abituriyent