Xəbərlər
Naxçıvanın birincisi də Bakı Ali Neft Məktəbini seçir
Naxçıvan Muxtar Respublikası üzrə ən yüksək bal toplayan abituriyent Nərmin Vəliyeva Bakı Ali Neft Məktəbində təhsil almaq niyyətindədir.
Şərur şəhər 2 nömrəli tam orta məktəbin məzunu Nərmin Vəliyeva buraxılış imtahanında 291,5 bal, I ixtisas qrupu üzrə keçirilən imtahanda isə maksimal - 400 bal toplayıb. Hər iki imtahanın nəticəsinə əsasən 691,5 bal toplayan Nərmin bildirir ki, Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasında təhsil almaq istəyir: “Bakı Ali Neft Məktəbində təhsil almağı aşağı siniflərdə oxuyandan arzulayırdım. Burada tədrisin ingilis dilində aparılması, yüksək səviyyəli biliklər verilməsi məni bu Ali Məktəbdə təhsil almağa həvəsləndirirdi. Yaxınlarımdan biri də bu ali təhsil ocağının məzunu olub və o da bura haqqında daim yüksək fikirlər söyləyirdi. Burada ali təhsil ala bilmək üçün çox çalışmağın vacibliyini bilirdim. Yüksək bal toplamaq və BANM-ə qəbul olmaq üçün qarşıma məqsəd qoydum və buna nail olmaq üçün çalışdım”.