Xəbərlər

DİQQƏT

Əziz abituriyentlər,

Açıq qapı günləri çərçivəsində sizi növbəti infotura dəvət edirik! Əgər Bakı Ali Neft Məktəbinin kampusunu görmək, Ali Məktəbdə yaradılmış beynəlxalq təhsil mühiti və digər imkanlar haqqında ətraflı məlumat almaq istəyirsinizsə, sizi 29.07.2022-ci il tarixində “Açıq Qapı” gününə dəvət edirik. Turun saat 11:00-da keçirilməsi nəzərdə tutulub.

“Açıq Qapı” günündə iştirak üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməyə tələsin. Yerlər məhduddur. Müəyyən olunmuş iştirakçı sayına çatdıqda qeydiyyat bağlanacaq.

Qeydiyyat linki

‼️Yalnız qeydiyyatdan keçmiş şəxslər müvafiq tədbirdə iştirak edə bilərlər. Qeydiyyatdan keçmiş şəxslərlə əlaqə saxlanılıb turla bağlı daha ətraflı məlumat veriləcək.

❗️Tur Yeni Salyan yolu 3-cü km, 25, Səbail rayonu, Bibiheybət qəsəbəsi ünvanında keçiriləcək (28 May metrostansiyasının çıxışından 125 nömrəli marşrut avtobusu vasitəsilə gəlmək mümkündür).

#bhos #banm #açıqqapı #elan