Xəbərlər
Bakı Ali Neft Məktəbinin müəllimi Atılım Universitetində
Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müəllimi Elvin Abaszadə Türkiyənin Atılım Universitetində ezamiyyətdə olub.
BANM-in dünya universitetləri ilə əməkdaşlığının möhkəmləndirilməsi və yeni əməkdaşlıqların yaradılması məqsədi daşıyan səfər Erasmus+ proqramı çərçivəsində həyata keçirilib.
Keçirilən görüşlərdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Elvin Abaszadə Universitetin müəllimlərinə müxtəlif mövzularda seminarlar keçib, həmçinin onlara Ali Məktəb barədə məlumat verib.
#BANM #BHOS #ezamiyyət #Müəllim




