Xəbərlər
Bir ailənin ikinci üzvü də Bakı Ali Neft Məktəbini seçdi
Fərid Quliyev - I qrup üzrə 2-ci ən yüksək bal toplamış abituriyentdir. Bakı şəhəri Arif Vəliyev adına 258 saylı tam orta məktəbin məzunu 694,4 bal toplayıb. Bakı Ali Neft Məktəbində təhsil almaq arzusunda olan Fərid Quliyev bu Ali Məktəbin tələbəsi olmaq üçün imtahanlara ciddi hazırlaşdığını deyir. Onun bu seçimində bacısının da rolu var: “
BANM xarici əlaqələri yüksək səviyyədə olan nüfuzlu ali məktəblərdən biridir. İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi olmaq istəyirəm. Bu sahəyə marağım var.
Bacım Aydan Quliyeva BANM-in Kimya mühəndisiyi ixtisasının 3-cü kurs tələbəsidir. O
da mənim burada təhsil almağımı məsləhət gördü. 9-cu sinifdən ciddi hazırlaşıram. Yüksək bal toplayacağımı gözləyirdim. Sınaq imtahanlarında da yüksək nəticə göstərirdim. İnformasiya təhlükəsizliyi sahəsinə marağım çoxdur. Ciddi və planlı formada hazırlaşırdım. Arada fasilə verəndə şahmat oynayırdım. Çox dərs oxumaq önəmli deyil, səmərli hazırlaşmaq önəmlidir”.