Xəbərlər

Bakı Ali Neft Məktəbi və İspaniyanın Qranada Universiteti əməkdaşlıq edir

Bakı Ali Neft Məktəbi (BANM) ilə İspaniyanın Qranada Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb.

Hər iki qurumun akademik və mədəni inkişafı üçün faydalı olacaq sazişin məqsədi  müəllimlər, tələbələr və inzibati heyət arasında mədəni, elmi-texniki bilik və təcrübə mübadiləsidir. Sənədə əsasən akademik, elmi və mədəni əlaqələr inkişaf etdiriləcək, ilkin olaraq mütəxəssis tədqiqatları, akademik kurikulumlar, tədris proqramlar və dərs cədvəlləri ilə bağlı məlumat mübadiləsi aparılacaq.

BANM ilə Qranada Universiteti arasında bu saziş Azərbaycan və İspaniya arasında mədəni və elmi əlaqələrin möhkəmlənməsində marağın göstəricisidir.