Xəbərlər

DİQQƏT ‼️ 2022/2023-cü tədris ili üzrə Bakı Ali Neft Məktəbində magistratura və MBA təhsili almaq istəyən bakalavrların nəzərinə !

Magistraturaya qəbul üçün ixtisaslaşma seçimi başladı!

✔️ İyunun 29-da 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi başlayır. İxtisaslaşma seçimi iyulun 5-dək aparılacaq.

BAKI ALİ NEFT MƏKTƏBİNİN 2022/2023-cü TƏDRİS İLİ ÜÇÜN MAGİSTRATURA SƏVİYYƏSİ ÜZRƏ QƏBUL APARILAN İXTİSASLARI AŞAĞIDAKILARDIR:

Neft-qaz mühəndisliyi
İxtisaslaşma: Yatağın qiymətləndirilməsi və idarə olunması (təhsil Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında aparılır)
Kimya mühəndisliyi
İxtisaslaşma: Neft və qaz texnologiyası (təhsil Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında aparılır)
Proseslərin avtomatlaşdırılması mühəndisliyi
İxtisaslaşma: Texniki sistemlərdə informatika və idarəetmə
Biznesin idarəedilməsi (MBA)
İxtisaslaşma: Biznesin təşkili və idarə edilməsi
İxtisaslaşma: Biznesin təşkili və idarə edilməsi (Maliyyə üzrə)
İxtisaslaşma: Biznesin təşkili və idarə edilməsi (Menecment üzrə)
İxtisaslaşma: Biznesin təşkili və idarə edilməsi (Layihələrin idarə edilməsi üzrə)

❗️Qeyd:

İxtisas seçimi mərhələsində Bakı Ali Neft Məktəbi ilə yanaşı, digər ali məktəbləri seçməklə bağlı məhdudiyyət yoxdur.

✔️ Bakı Ali Neft Məktəbində magistratura səviyyəsi üzrə bütün ixtisaslarda tədris ingilis dilindədir.

#banm #bhos #dim #magistratura #mba #qəbul