Xəbərlər
DİQQƏT! Əziz abituriyentlər!
Əziz abituriyentlər!
Əgər siz də Bakı Ali Neft Məktəbinin kampusunu görmək, Ali Məktəbdə yaradılmış beynəlxalq təhsil mühiti və digər imkanlar haqqında ətraflı məlumat almaq istəyirsinizsə, sizi 01.07.2022-ci il tarixində “Açıq Qapı” gününə dəvət edirik. Turun saat 11:00-13:00 arasında keçirilməsi nəzərdə tutulub, iştirakçı sayı çox olarsa, həmçinin həmin gün 14:00-16:00 saatlarında da tur təşkil edilə bilər.
“Açıq Qapı” günündə iştirak üçün aşağıdakı link vasitəsilə 30.06.2022-ci il saat 15:00-dan gec olmayaraq qeydiyyatdan keçmək lazımdır:
Yalnız qeydiyyatdan keçmiş şəxslər müvafiq tədbirdə iştirak edə bilərlər. Qeydiyyatdan keçmiş şəxslərlə əlaqə saxlanılıb turun saatı və turla bağlı daha ətraflı məlumat veriləcəkdir.