Xəbərlər

"PAŞA Həyat" Bakı Ali Neft Məktəbində təlim keçib

Bakı Ali Neft Məktəbi (BANM) ilə əməkdaşlıq çərçivəsində “PAŞA Həyat” şirkəti tərəfindən “Təkrarsığorta, Həyat Sığortası və onun tarixi” mövzusunda bilik mübadiləsi sessiyası keçirilib. Təlim Ali Məktəbin 1-ci kurs bakalavr tələbələri üçün təşkil olunub.

Şirkətin Anderraytinq və təkrarsığorta şöbəsinin müdiri Fərəh Əsgərova mövzu üzrə təcrübə və biliklərini bölüşüb, tələbələrin gələcək karyeralarının formalaşması istiqamətində məsləhətlərini verib.

#BANM #BHOS #paşahəyat #təlim