Xəbərlər
Böyük Britaniyanın Ali Təhsildə Keyfiyyətin təminatı Agentliyinin bölmə rəhbəri Bakı Ali Neft Məktəbində
Bakı Ali Neft Məktəbində (BANM) Böyük Britaniyanın Ali Təhsildə Keyfiyyətin təminatı Agentliyinin (QAA) Beynəlxalq əlaqələr və Peşəkar Xidmətlər bölməsinin rəhbəri Stefani Sanford ilə görüş keçirilib.
Görüşdə BANM-in Keyfiyyətin təminatı şöbəsinin əməkdaşları ilə Stefani Sanford arasında tədris proqramlarının inkişafı istiqamətində QAA ilə birgə gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.
Qeyd edək ki, Stefani Sanford Böyük Britaniyadakı Coventry Universitetinin Akademik Tərəfdaşlıq Bölməsinin Direktor müavini olub. Dünyanın 20 ölkəsində 17000-dən çox tələbəyə xidmət göstərən 40 qlobal tərəfdaşdan ibarət qrupun geniş əməkdaşlıq portfelinin inkişafı və əməliyyatlarına rəhbərlik edib. Daha öncə isə Coventry Universitetində - Avropa, Russiya və Mərkəzi Asiya regionu üzrə rəhbər vəzifəsində olub.
#BANM #BHOS #QAA #BöyükBritaniya #əməkdaşlıq



