Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbələri uşaq evini ziyarət ediblər
Bakı Ali Neft Məktəbinin (BANM) Neftçi Mühəndislər Cəmiyyəti (SPE) komandası “Nur” uşaq evini ziyarət edib.
BANM-in tələbələri Ramana qəsəbəsində yerləşən uşaq evinin sakinləri ilə görüşüb, onlara hədiyyələr təqdim edib, maraqlı oyunlar oynayıb, birlikdə xoş və əyləncəli zaman keçiriblər.
“Nur” Uşaq Evininin əməkdaşları BANM və SPE-yə göstərdikləri diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
#banm #bhos #uşaqevi #Ziyarət #spebho








