Xəbərlər
Bakı Ali Neft Məktəbində tədris prosesi ilə bağlı iclas keçirilib
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov tədris prosesi ilə əlaqədar Ali Məktəbin əməkdaşları və müəllim-professor heyəti ilə iclas keçirib. İclasda rektor builki tədris ilinin gedişatı, təhsil prosesi və dərslərin təşkili ilə maraqlanıb.
BANM-in Tədris və elmi işlər üzrə prorektoru Zəfər Qurbanov akademik, elmi-tədqiqat fəaliyyətinin təşkilini və davamlılığı, tədris prosesinə nəzarət, mövcud olan problemlər və onların həll olunması yolları barədə məlumat verib.
Rektor Elmar Qasımov cari məsələlərlə bağlı professor-müəlim və adminstrativ heyəti dinləyib, onlarla fikir mübadiləsi aparıb, təhsil və tədrisin təşkili ilə bağlı göstəriş və tövsiyələrini verib.













