Xəbərlər
Bakı Ali Neft Məktəbində tələbələr üçün təlim keçirilib
Bakı Ali Neft Məktəbində (BANM) tələbələr üçün intihar hallarının müəyyənləşdirilməsi, minimuma endirilməsi, qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə təlim keçirilib. Ölkənin şəhər və rayonlarını əhatə edən təlimlər Azərbaycan Respublikasının Gənclər Fondu , Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.
Təlimlərdə ciddi sosial problemlərdən biri olan gənclər arasında intihar və intihara cəhd hadisələrinin müəyyənləşdirilməsi, minimuma endirilməsi, qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi barədə müzakirə, təqdimat və fikir mübadilələri aparılır.
#banm #bhos #təlim #GənclərFondu








