Xəbərlər
bp-nin mühəndisi Bakı Ali Neft Məktəbində
Bakı Ali Neft Məktəbində (BANM) bp şirkətinin mühəndisi Fady El-Dabinin iştirakı ilə "Tamamlama mühəndisliyinin əsasları" üzrə ustad dərsi keçiriləcək.
BANM-in Neft-qaz mühəndisliyi kafedrasının təşəbbüsü ilə təşkil edilən ustad dərsi aprelin 13 - də saat 12:00 Ali Məktəbin Bibiheybət kampusunun Senat zalında olacaq.
Misirli Fady El-Dabi 18 ildir bp şirkətində fəaliyyət göstərir. O, Trinidad, Misir, Böyük Britaniya, İndoneziya və Azərbaycanda da daxil olmaqla bir neçə ölkədə çalışıb.
#banm #bhos #masterklass #əməkdaşlıq #neftqaz