Xəbərlər

İzmir Katip Çelebi Universitetinin dosenti Bakı Ali Neft Məktəbində

Türkiyənin İzmir Katip Çelebi Universitetinin Neft-qaz mühəndisliyi kafedrasının dosenti Ali Ettehadi Bakı Ali Neft Məktəbinin qonağıdır.

O, 27 mart 3 aprel tarixlərində BANM-in Neft-qaz mühəndisliyi kafedrasında tədris prosesində iştirak edir.

Ali Ettehadinin BANM-in tələbələri üçün ustad dərsi də təşkil ediləcək. Onun aprelin 1-də Ali Məktəbin Bibiheybət kampusunun Senat zalında BANM-in tələbələri üçün Tədqiqat layihəsi metodlarına dair təqdimatı olacaq. Təqdimat saat 11-da başlayacaq.

Qeyd edək ki, Ali Ettehadinin BANM-lə əməkdaşlığı Türkiyənin İzmir Katip Çelebi Universiteti ilə Erasmus+ tələbə və müəllim mübadilə proqramı çərçivəsində həyata keçirilir.