Xəbərlər

”BHOS Animal Care Club"dan heyvanlar üçün növbəti humanitar aksiya

“BHOS Animal Care Club"un təşkilatçılığı və Bakı Ali Neft Məktəbinin (BANM) dəstəyilə "Sevgiyə uzanan əllər-3" adlı humanitar aksiya keçirilib. Aksiya çərçivəsində klubun üzvləri tərəfindən Buzovna qəsəbəsində yerləşən heyvan sığınacağında 200-ə yaxın it yemlənib, sığınacaq və vacib dərmanlarla təmin edilib.

“BHOS Animal Care Club"un məqsədi humanitar aksiyalar keçirməklə yanaşı, heyvan haqları və onların qayğısına diqqət yönəltməkdir. Klub tədbirin həyata keçirilməsinə şərait yaratdığı üçün BANM-in rəhbərliyinə və yardımsevər tələbələrə təşəkkürünü bildirib.

#banm #bhos #animalcare #HeyvanlaraQayğı #humanitaraksiya