Xəbərlər
Bakı Ali Neft Məktəbi və Fransa şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub
Bakı Ali Neft Məktəbi (BANM) və Fransanın “Axens” şirkəti arasında onlayn görüş keçirilib.
Görüşdə BANM-in rektoru Elmar Qasımov, Beynəlxalq əlaqələr şöbəsinin rəisi Könül Məhərrəmova, “Axens” şirkətinin regional satış üzrə direktoru Alain Dune və Kommersiya direktoru Fabien Lundy iştirak ediblər.
Tərəflər arasında qarşılıqlı əməkdaşlığın istiqamətləri, inkişaf perspektivləri müzakirə olunub.
Qeyd edək ki, BANM və “IFP School” arasında 2013-cü ildən tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə tədqiqatlar, birgə layihə və proqramlar çərçivəsində əməkdaşlığı nəzərdə tutan Əməkdaşlıq haqqında razılaşma mövcuddur.
“Axens” şirkəti neft, neft-kimya sektorunda fəaliyyət göstərən, xüsusilə emal, üzvi kimya, qaz və bərpaolunan enerji sahələrində neft və biokütlələrin ekoloji təmiz yanacağa çevrilməsi üçün zəruri olan xidmətlər təklif edən Fransa şirkətidir. 11 ölkədə təmsil olunan şirkətin 3000-dən artıq sənaye bölməsi fəaliyyət göstərir. Şirkət çirkli suların təmizlənməsi üzrə də xidmətlər təklif edir.