Xəbərlər

“PAŞA Həyat Sığorta”nın nümayəndələri BANM tələbələri ilə görüşüblər

“PAŞA Həyat Sığorta” şirkətinin İnvestisiya şöbəsinin rəhbəri Ozal Talıblı və İnsan resursları üzrə mütəxəssisi Nərmin Salmanova Bakı Ali Neft Məktəbində (BANM) tələbələr üçün investisiya mövzusunda bilik mübadiləsi keçiriblər.

Görüşdə investisiya sahəsinin yaranması, əsasları və əsas alətləri barədə tələbələrə məlumat verilib, şirkətin investisiya sahəsində əldə etdiyi bilik və təcrübə bölüşülüb.

Görüşün sonunda tələbələrə hədiyyələr təqdim edilib, onların sualları cavablandırılıb.